Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini törədib. Baş Prokurorluğun Mətbuat Xidmətindən ONN media -ya bildirilib ki, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.
SON DƏQİQƏ: Füzulidə avtomobil minaya düşdü, 5 nəfər öldü



ANAMA əməkdaşı minaya düşdü - Ayağını itirdi
Füzulidə 2 qardaş erməni minasına düşdü - Biri öldü, digəri isə...
Füzulidə 1 ailədən 4 nəfərin öldüyü avtomobilin FOTOLARI
Düşmən geri çəkildikcə əraziləri minalayır - RƏSMİ
SON DƏQİQƏ: Füzulidə minaya düşən şəxs vəfat etdi
SON DƏQİQƏ: Füzulidə 2 nəfər minaya düşdü
ANAMA-nın daha bir əməkdaşı minaya düşdü
SON DƏQİQƏ: Polis əməkdaşı Füzulidə minaya düşdü
SON DƏQİQƏ: DSX-nin giziri Zəngilanda minaya düşdü
Füzulidə 3 nəfər minaya düşdü
Ağdamda şirkət əməkdaşı minaya düşdü - RƏSMİ AÇIQLAMA
Cəbrayılda mülki şəxs minaya düşdü - SON DƏQİQƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 