Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir. Baş Prokurorluğun Mətbuat xidmətindən ONN media -ya bildirilib ki, 2 noyabr 2020-ci il tarixdə partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşı Zeynalov Telman Bəbir oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti almışdır. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş,digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir. Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.
Düşmən geri çəkildikcə əraziləri minalayır - RƏSMİ



ANAMA əməkdaşı minaya düşdü - Ayağını itirdi
Füzulidə 2 qardaş erməni minasına düşdü - Biri öldü, digəri isə...
ANAMA-nın əməkdaşı minaya düşdü
SON DƏQİQƏ: Füzulidə avtomobil minaya düşdü, 5 nəfər öldü
ANAMA əməkdaşı minaya düşdü - YENİLƏNDİ
SON DƏQİQƏ: DSX-nin giziri Zəngilanda minaya düşdü
ANAMA-nın daha bir əməkdaşı minaya düşdü
Cəbrayılda mülki şəxs minaya düşdü - SON DƏQİQƏ
Cəbrayılda bir nəfər minaya düşdü
Prokurorluqdan "Azərişıq" əməkdaşının minaya düşməsi ilə bağlı AÇIQLAMA
Prokurorluq Qazaxdakı hadisə ilə bağlı məlumat yaydı
Füzulidə mina partladı - 1 nəfər...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 