Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasını davam etdirir. AAYDA-dan ONN media -ya verilən məlumata görə, ümumi uzunluğu 28.5 km olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilir. 2 geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edəcək. Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılıb. Hazırda yol boyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı genişləndirilərək profilə salınır və yeni yol əsası inşa edilir. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km hissəsində torpaq yatağının və yol əsasının inşası işləri yekunlaşmaq üzrədir. Yol asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Bundan başqa hazırda Suqovuşandan Talış kəndinə doğru uzanan 7,5 km-lik yolun da tikintisi işlərinə start verilib. Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 km olan yolun, həmçinin Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22,5 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq. Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.
İşğaldan azad edilmiş bu ərazilərdə yeni yollar salınacaq



Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpasına başlandı
Tərtər-Suqovuşan yoluna bu şəhərdən də giriş olacaq
Laçın yolundan yeni FOTOLAR
Bu yollar yenidən qurulur
Suqovuşana gedən yolun bərpasına başlanılır - Prezidentdən TAPŞIRIQ
Şuşaya gedən xidməti yol istifadəyə verildi
Qarabağda bu yolun inşasına başlanıldı
İlham Əliyev Suqovuşana və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi
Xudafərin- Laçın yolunun tikintisi sürətləndirildi
Tərtərdə 5 yaşayış məntəqəsinin yolları yenidən qurulur
Bu avtomobil yolu yenidən qurulur
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 