Tərtər-Suqovuşan avtomobil yoluna Naftalan şəhərindən daxil olmaq üçün yeni yol çəkilməyə başlayıb.
ONN media xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, həmin yol Tərtər-Suqovuşan yolunun ikinci mərhələsi adlandırılır. Hazırda yolun tikintisinə start verilib:
"Yolun 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı hissəsi artıq tikilir. Yol gələn il vətəndaşların istifadəsinə veriləcək. Yol Naftalan şəhərinə birləşdiriləcək. Tərtər-Suqovuşan-Talış yoluna həm də Naftalan şəhərindən gəlmək mümkün olacaq”.
Xatırladaq ki, Çaylı-Suqovuşan-Talış avtomobil yolu 70-ci illərdə tikilib, 30 il ərzində işğal altında qalmış yol tamamilə sıradan çıxıb.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, müharibənin davam etməsinə baxmayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 28 km olan Tərtər-Çaylı-Suqovuşan -Talış avtomobil yolunun təmir-bərpa işləri ərazi minadan təmizləndikdən sonra çox qısa müddət ərzində, 2 ay ərzində II texniki dəcəyə uyğun yenidən qurularaq istismara verilib.



İşğaldan azad edilmiş bu ərazilərdə yeni yollar salınacaq
İlham Əliyev Suqovuşana və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi
Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpasına başlandı
Prezident Tərtər və Bərdə rayonlarında səfər etdi
Suqovuşana gedən yolun bərpasına başlanılır - Prezidentdən TAPŞIRIQ
Suqovuşan və Talışa qanunsuz daxil olanlar CƏZA ALDILAR
Prezident Talış kəndində və Suqovuşanda bayrağımızı ucaltdı
Tərtər polisi Suqovuşan və Talışda
Suqovuşana çəkilən yol minalardan təmizlənir
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkiləcək?
Zəfər yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı
İlk ödənişli yolun istifadəyə veriləcəyi tarix açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 