“Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası Bakı Nəqliyyat Agentliyinin (BNA) təklifi əsasında daha 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə müsbət rəy verib”.
ONN media xəbər verir ki, bunu BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, söhbət əsasən paytaxtın Mikayıl Useynov, Məhəmməd Hadi, Müzəffər Həsənov, Əhməd Rəcəbli və Abbas Mirzə Şərifzadə küçələri, eləcə də Qara Qarayev, Gəncə və Atatürk prospektlərindən gedir: "Artıq M.Hüseynov küçəsində xüsusi hərəkət zolaqlarının yaradılması ilə bağlı müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə ərazidə avtobus zolaqları ilə bağlı xüsusi nişanlar qoyulacaq. Bundan sonra, zolaqlarla bağlı tələblər qanuni qüvvəyə minmiş hesab olunur”.
“Xüsusi hərəkət zolaqları koronavirus pandemiyası dövründə olduqca əhəmiyyətlidir. Bu, imkan verir ki, avtobusların hərəkət sürəti artsın və sərnişinlər avtobuslarda daha qısa müddətdə səyahət etsinlər. M.Hüseynov küçəsində hərəkət zolağının olması xüsusi əhəmiyyət kəsb edir, çünki bu küçədən şəhərin cənub hissəsindəki yaşayış məntəqələri ilə şəhər mərkəzini əlaqələndirən 6 marşrut xətti keçir. Bu xətlər üzrə avtobuslar axşamlar, pik saatlarda mərkəzi istiqamətində hərəkət edərkən təxminən 6 km\saat sürətlə hərəkət edirdi, intervalda geçikmələr isə 20 dəqiqəyə yaxın olurdu. Lakin hərəkət zolağı tam qüvvəyə minib, işlədikdən sonra səyahət müddəti 20 dəqiqədən 4 dəqiqəyə qədər azalacaq, nəticədə sərnişinlər təkcə bu küçədə vaxtlarına 16 dəqiqə qənaət edəcək. Bundan başqa, metronun “28 May” stansiyasından cənub istiqamətində hərəkət edən sərnişinlərin rahat şəkildə, vaxtında mənzil başına çatdırılmasına imkan yaranacaq”, - M.Ağayev əlavə edib.
Onun sözlərinə görə, qanunun tələblərinə uyğun olaraq zolaqlarda müntəzəm və ekspres xətt avtobusları hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələrinin zolaq boyu hərəkəti qadağandır. Ancaq xüsusi, operativ nəqliyyat vasitələri bu zolaqdan istifadəsinə icazə verilir.



Bakıda daha 3 küçədə avtobus zolağı salınır
Bu yoldan istifadə edənlərin diqqətinə
Bakıda yeni avtobus zolaqları təşkil edildi
Bu yolda avtobusların sürəti artırıldı
Sürücülərə XƏBƏRDARLIQ: bunu etsəniz... - VİDEO
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Bakı yollarında yenilik - BNA AÇIQLADI
Bu tarixədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğu 250 km-ə çatdırılacaq
SON DƏQİQƏ: Bakının mərkəzində böyük TIXAC YARANDI
Paytaxt yollarında avtobuslar niyə gecikir? - RƏSMİ
Velosiped həvəskarlarına ŞAD XƏBƏR
Bakı-Sumqayıt yolunda daha bir YENİLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 