Bakı şəhərinin Qara Qarayev prospekti-Məhəmməd Hadi küçəsi-Gəncə prospektlərindən 43 marşrut xətti üzrə 700-dən artıq avtobus qismən və ya tam olaraq hərəkət edir. Gündəlik olaraq bu avtobuslarla 570 min nəfərdən artıq sərnişin daşınır. Bu barədə ONN media -ya Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumatda həmçinin bildirilir ki, mövcud nəqliyyat şəraiti, sıxlıq və tıxaclar hər gün ictimai nəqliyyatdan istifadə edən yarım milyondan artıq sərnişin lüzumsuz vaxt itkisinə məruz qalmasına səbəb olur. İndiki halda avtobuslar bu dəhlizi iki dəfə artıq vaxt sərf etməklə keçirlər. Pik saatlarda bu müddət daha da artır. Sərnişinlərin rahatlığını təmin etmək, səyahət müddətini azalatmaqla onlara əlavə vaxt qazandırmaq məqsədilə dəhliz boyunca hər iki istiqamətdə avtobuslar üçün xüsusi zolaqlar təşkil edilib. Zolaqların təşkili sayəsində avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səyahət müddəti isə azalacaq. Avtobusların zolaq üzrə maneəsiz hərəkəti intervalın daha düzgün tənzimlənməsinə imkan verəcək. Bu da sərnişinlərin dayanacaqlarda toplu halında uzun müddətdə avtobus gözləməsi kimi hallar əhəmiyyətli dərəcədə azaldacaq. Müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etmək mövcud pandemiya şəraitində xüsusi ilə əhəmiyyətlidir. Qara Qarayev prospekti üzrə təşkil olunmuş avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti günün bütün saatları üzrə qadağan ediləcək. Məhəmməd Hadi küçəsi və Gəncə prospektində isə avtobus zolaqları yalnız pik saatlarda, yəni səhər saat 08:00-dan 10:00-a kimi, axşam saatlarında isə 17:00-dan 20:00-a kimi qüvvədə olacaq. Bu barədə yol nişanlarının altında qüvvədə olma saatlarını bildirən lövhələr də yerləşdirilməkdədir. Avtobus zolaqları çəkilərkən mövcud “cib” tipli parklanma yerləri və taksi duracaq məntəqələri saxlanılıb, taksi minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin həmin taksi duracaq məntəqələrinə və parklanma yerlərinə daxil ola bilməsi üçün müvafiq nişanlanma xətləri vasitəsilə şərait yaradılıb. Həmçinin, həmin “cib” tipli parklanma yerləri müvafiq yol nişanları və nişanlanma xətləri ilə də təchiz edilib. Sürücülərdən xahiş edirik ki, zolaqlarla bağlı yol nişanın tələbinə əməl etsinlər. Zolağın tələbinə əməl edib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk.
Bakıda yeni avtobus zolaqları təşkil edildi



Bakıda bu prospektə avtobus zolağı çəkilir
Bu yolda avtobusların sürəti artırıldı
Bakıda 10 küçə və prospektdə avtobus zolaqları çəkiləcək - RƏSMİ
Paytaxt yollarında avtobuslar niyə gecikir? - RƏSMİ
Bu yoldan istifadə edənlərin diqqətinə
Sumqayıta getmək istəyənlərin NƏZƏRİNƏ
Məktəblər açılır - Avtobusların sayı artırılacaq?
Sədərəyə gedən bu avtobuslar ləğv edilib?
Bakıda avtobuslar nə vaxt yenilənəcək?
Bu avtobus xəttində gediş haqqı azaldıldı
Bu marşrutların hərəkət xətti dəyişdirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 