Goranboy rayonunda fərdi yaşayış evlərindən birində yanğın baş verib.
ONN media bildirir ki, hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb.
Ev sahibi Qırıxlı kənd sakini 44 yaşlı Altay Verdiyevə məxsus yaşayış evində baş verən hadisə nəticəsində ev sahibi, adıçəkilən şəxs yanaraq dünyasını dəyişib. Ev sahibinin həyat yoldaşı 1981 ci il təvəllüdlü Mustafayeva Mehriban Əbülfəz qızı isə müxtəlif yanıq xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yanğın zamanı alov yaxınlıqda yerləşən daha 3 evə keçib.
Yanğını söndürmək üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə İdarəsinin briqadaları və rəsmi şəxsləri cəlb edilib.
Təxminən 1 saat sonra alovu ram etmək mümkün olub.
İlkin ehtimala görə hadisə qaz sobasının yanında olan uşaq paltarına alovun düşməsi səbəbindən baş verib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.



Gəncədə DƏHŞƏTLİ YANĞIN: Ölən var
Bərdədə şəhid ailəsinin evi yandı
Abşeronda QORXUNC OLAY: bir ailənin 4 üzvü...
Bərdədə evdə yanğın olub - Ehtiyatsızlıqdan
Sabirabadda AİLƏ FACİƏSİ: Ana və iki övladı diri-diri YANARAQ ÖLDÜ
Kürdəmirdə AĞIR QƏZA: Avtomobil yanaraq külə döndü, bir ailənin 5 üzvü...
Azərbaycanda məcburi köçkünlərin yaşadığı binada yanğın oldu
Azərbaycanda DƏHŞƏT: 2 yaşlı uşaq yanaraq öldü
Şəmkirdə güclü partlayış baş verib
Qadını döyüb, ata bağlayıb sürüdülər - Dəhşət
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 