İrəvan Tibb Universiteti Ermənistan parlamenti tərəfindən qəbul edilən "Ali təhsil və elm haqqında" qanun layihəsi barədə bəyanat yayıb. ONN media xəbər verir ki, layihə İrəvan Tibb Universitetinin heyətini ayağa qaldırıb. Universitetin məsələ il bağlı açıqlamasında ciddi narahatlıq doğuran bir sıra məqamlar öz əksini tapıb. Onlar layihənin Ermənistanda təhsilin keyfiyyətinə ciddi zərər verəcəyini bildirir. Bəyanat müəllifləri layihənin niyə bu qədər qısa müddətdə, əlavə müzakirələr aparmadan qüvvəyə mindiyinə təəccüblənib. Hesab edirlər ki, qanun layihəsinin qəbul edilməsi universitetlərin akademik azadlıqlarını və özünüidarəetməsini məhdudlaşdıracaq ki, bu da Ermənistan universitetlərinin beynəlxalq reytinqlərinin azalmasına səbəb olacaq. Layihədə yaxşı akademik göstəricilərə malik olan tələbələrə dövlət dəstəyi (rotasiya qaydası) ilə bağlı müddəaların olmadığı da bildirilir. Onlar akademik heyət üçün yaş məhdudiyyətinin (65 yaşa qədər) qoyulmasına da qəzəblənib. Qanun Milli Elmlər Akademiyasının gələcək fəaliyyətini də şübhə altına alır. Universitet nümayəndələri qanun layihəsinin müəlliflərini universitetlərin akademik nümayəndələrinin, təhsil sahəsindəki təşkilatçıların və hüquqşünasların iştirakı ilə əlavə müzakirələr və təkmilləşdirmələr üçün geri götürməyə çağırıb. Qeyd edək ki, 3 dekabr tarixli qanun layihəsi, çoxsaylı etiraz və redaktə çağırışlarına baxmayaraq, hökumətin gündəminə daxil edilmişdi. Bundan əvvəl sənəd bir il müzakirə edilmiş və bir çox tənqid almışdı. Azərbaycan qarşısında tarixi məğlubiyyət yaşayan Ermənistanda siyasi, hərbi, sosial-məişət sahələri daxil olmaqla, bir çox platforma böhran içindədir. Təhsil də bunlardan biridir. Bununla əlaqədar olaraq ölkədə müxtəlif miqyaslı etiraz aksiyaları 1 aydan çoxdur davam edir.(publika.az)
Ermənistanda universitetlər də AYAĞA QALXDI



Təhsil Nazirliyindən VACİB DƏYİŞİKLİK
İrəvanda tələbələr ayağa qalxdı
Bu tələbələr diplom ala bilməyəcəklər
Milli Məclisdə 6 layihə qəbul edilmədi
Bu universitet "Dünyanın ən yaxşıları" sırasında yer alıb
Tələbələrə BÖYÜK MÜJDƏ - Təqaüdlər kəskin artırıldı
Ermənistan paytaxtında gərginlik-tələbələr universitetin qarşısına axın edir
Tələbələrin təqaüdləri ilə bağlı YENİ QƏRAR
Döyüşlərdə iştirak edən hərbçilərə 2-3 qat artıq maaş veriləcək
Ali təhsillə bağlı qanun layihəsinin hazırlanması rəsmi qərar verildi
Ermənistan Paşinyanı istəmədi
Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 