İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: "Bizim humanitar sahə ilə bağlı da böyük planlarımız var və artıq bir çox reallaşan layihələrimiz var. İtaliyaya dövlət səfərim çərçivəsində, eyni zamanda, təhsil sahəsində əməkdaşlıq müzakirə olundu. İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. Bakıya qayıdandan sonra mənim tərəfimdən bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram və mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məlumatlar verilir. Onu da bildirməliyəm ki, mənə verilən məlumat əsasında orada bir neçə fakültə fəaliyyət göstərəcək. O siyahıya baxanda gördüm ki, orada memarlıq fakültəsi yoxdur və təklif etdim ki, bu da əlavə olunsun. Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir və ölkəmizdə geniş vüsət almış tikinti sektorunun əlbəttə ki, müasir görkəmi olmalıdır. Əlbəttə, İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər iki ölkə arasındakı əlaqələrə xüsusi töhfə verəcəklər".
İlham Əliyev: İtaliya-Azərbaycan Universiteti üçün bina inşa ediləcək



Prezident İtaliya Deputatlar Palatasının sədr müavinini qəbul etdi
İlham Əliyev daha bir sərəncam imzaladı
Bu müharibə göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir - Prezident
İlham Əliyev İtaliya nümayəndə heyətini qəbul etdi
Prezident İtaliya nümayəndə heyətini qəbul etdi
Ölkəmizin yeni dövrü başlayır - PREZİDENT
"Mənim bu uğurlu səfərim zamanı..." - İlham Əliyev
Əliyev Meloni ilə görüşdü
İlham Əliyev İtaliyaya gedir
İlham Əliyev İtaliya Senatının sədrini qəbul etdi
İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Azərbaycanlı deputatlar İtaliyaya getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 