Kosmik sənaye sahəsində əməkdaşlığın inkişafı da iqtisadiyyatımızın ümidverici sektorlarından biridir, həmçinin turizm. Azərbaycana gələn İtaliya vətəndaşlarının sayı artmaqdadır. Bunu Prezident İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan "Cassa Depositi Prestiti SpA"nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharında çıxışı zamanı bildirib. "Bir çox digər sektorlar da var. Başqa sözlə, güclü siyasi münasibətlər işgüzar dairələr üçün çox möhkəm zəmin yaradır. Bu güclü siyasi münasibətlər mənim uğurlu səfərim zamanı yenidən gücləndirildi. Ona görə də əminəm ki, qarşıdan gələn illərdə İtaliya şirkətləri Azərbaycanda ən fəal şirkətlər olacaqlar. Onların bəziləri ilə, - bu şirkətlərin nümayəndələri buradadır, - bizim artıq uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bəziləri ilə biz əməkdaşlığa başlamağı planlaşdırırıq. Əminəm ki, bugünkü işçi nahar çox məhsuldar olacaq və biz çox yaxşı nəticələri görəcəyik. Bir daha dəvət üçün təşəkkür edirəm. Əminəm ki, bizim müzakirələr zamanı hər iki tərəf üçün faydalı gələcəyimizi planlaşdıracağıq", - dövlət başçısı bəyan edib.
"Mənim bu uğurlu səfərim zamanı..." - İlham Əliyev



Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar etdi
"Azərbaycan nəqliyyat infrastrukturunu tamamilə yeniləşdirib" - İlham Əliyev
Prezident İtaliya nümayəndə heyətini qəbul etdi
İlham Əliyev Cüzeppe Konte ilə görüşdü
Prezident: Bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir
İlham Əliyev Li Canşunu qəbul etdi
Prezident italiyalı naziri qəbul etdi
İlham Əliyev: İtaliya-Azərbaycan Universiteti üçün bina inşa ediləcək
Dövlət başçısı: "Bizim heç bir maliyyə problemimiz yoxdur"
İlham Əliyev İtaliya nümayəndə heyətini qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev: "Bizə çox yaxşı tərəfdaşlar lazımdır"
İlham Əliyev: Serbiya bizim dostumuzdur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 