Dekabrın 7-də Hanoy şəhərində Vyetnam Xarici İşlər Nazirliyi və BMT-nin birgə təşkilatçılığı ilə “Sülhün bərqərar olunmasında və qorunmasında qadınların rolunun gücləndirilməsi: öhdəliklərdən nəticələrə doğru” adlı Beynəlxalq Konfransın açılış mərasimi keçirilib. ONN media bildirir ki, bu barədə Azərbaycanın Vyetnamdakı səfirliyindən məlumat verilib. Tədbir həm fiziki, həm də virtual formatda təşkil olunmuş və açılış mərasimində müxtəlif ölkələrin xarici işlər nazirləri və nazir müavinləri, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif QHT-lərin təmsilçiləri və ekspertlər iştirak ediblər. Tədbirdə Ermənistan xarici işlər naziri Ara Ayvazyan çıxış edərək 27 sentyabr tarixindən etibarən Ermənistanın növbəti təcavüzünə cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı ilə bağlı məsələləri təhrif olunmuş şəkildə çatdırmış, doğru olmayan məlumatları tədbir iştirakçılarına təqdim edib, Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürüb. Ermənistan xarici işlər nazirinin çıxışına cavab olaraq Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov söz almış və Beynəlxalq Konfrasdan sui-istifadə edərək Azərbaycan və Türkiyəyə qarşı ittihamların irəli sürülməsinin qəbuledilməzliyini vurğulamışdır. Ermənistan nazirinin ittihamlarını qətiyyətlə rədd edən səfir Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20%-nin işğal olunmasının beynəlxalq ictimaiyyətə məlum fakt olduğunu vurğulamışdır. O, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin qəbul edildiyini, bu sənədlərin 27 il ərzində kağız üzərində qaldığını və diplomatik yolla onların həyata keçirilməsinə nail olunmadığını təəssüflə tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Daha sonra səfir A.İmanov cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin davamlı pozulmaqlarına cavab olaraq 44 gün davam edən Vətən müharibəsinin nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdiyini və müvafiq qətnamələrin icrasının təmin edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərini atəşə tutması nəticəsində dinc əhali, xüsusəndə qadın və uşaqlar arasında böyük sayda həlak olan və yaralanların olduğunu bildirmişdir. Həmçinin səfir Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat vermişdir. Çıxışın sonunda səfir Ermənistan rəsmilərini Azərbaycanı ittiham etmək əvəzinə güzgüyə baxmağa çağırmışdır. A.İmanov güzgüyə baxarkən onların hərbi cinayətkar görəcəklərini vurğulamışdır.
Azərbaycan səfirindən Ara Ayvazyana SƏRT CAVAB



Xarici İşlər Nazirliyi məlumat yaydı
Leyla Abdullayeva Ermənistanın xarici işlər nazirinə cavab verdi
Nazir iraqlı həmkarı ilə danışdı
Ceyhun Bayramovdan Mnatsakanyana CAVAB
Oxçuçayın çirkləndirilməsi beynəlxalq forumda qaldırıldı
Bayramov italiyalı həmkarı ilə Qarabağdan danışdı
MDB Xarici İşlər Nazirləri Şurasının iclası başladı - SON DƏQİQƏ
Ceyhun Bayramov iclas keçirdi
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Ceyhun Bayramov Linas Linkeviçyus ilə telefonda danışdı
Heydər Əliyev Fonduna yeni status verildi
İstanbulda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 