Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Alpan-Kürkün-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yeni avtomobil yolunun tikintisi zərurəti yaranıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONN media -ya verilən məlumata görə, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasən, AAYDA tərəfindən tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Yolun sözügedən hissəsinin uzunluğu 24 km-dir. Layihə çərçivəsində 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir. Tikinti layihəsinə uyğun olaraq, yeni yol yatağı, həmçinin lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunmaqla yol əsası inşa edilib. Bunun ardınca yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib, məlumatverici lövhələr və yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətləri çəkilib. Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadır. Hazırda Alpan-Kürkün-Susay avtomobil yolunun davamı olaraq 30 km uzunluğa malik Susay-Xınalıq, həmçinin sözügedən yoldan 48 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yeni avtomobil yollarının tikintisi davam edir. Tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır. Ümumi uzunluğu 58,8 km təşkil edəcək yeni avtomobil yolunun tikintisi 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yük daşınmasının xeyli yaxşılaşmasına imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.
Yeni Xınalıq yolundan ŞAD XƏBƏR



İlham Əliyev Qubaya 7,5 milyon manat ayırdı
5 min nəfərə ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı
Prezident yol tikintisinə pul ayırdı
Prezident sərəncam imzaladı
Laçın yolundan yeni FOTOLAR
18 min əhaliyə ŞAD XƏBƏR - Bu yol...
Dağdan qopan iri qaya parçası Xınalıq yolunu bağladı
Füzuli-Şuşa avtomobil yolunda 3 kilometrlik tunel olacaq
Bəhramtəpə-Horadiz yolu yenidən quruldu- VİDEO
Bu avtomobil yolu yenidən qurulur
Kəlbəcər-Laçın yolu yenidən qurulur
Xınalıq yolunda qar uçqunu oldu - SON DƏQİQƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 