ONN media xəbər verir ki, Respublikanın avtomobil yolları şəbəkəsinin yenidən qurulması və bərpası layihəsi çərçivəsində ölkənin cənub-qərb magistral avtomobil yolunun (M6) tərkib hissəsinə aid olan Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik (113-177) Bəhramtəpə-Horadiz hissəsinin yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin verdiyi məlumata görə, Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti-quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib. Üçüncü texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun eni 12 metrdir.
“Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür. Magistral yolun 64 km-lik hissəsinin yenidən qurulması ilə artıq Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yol boyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub yük və sərnişin daşıması asanlaşıb”.
Yol üzərindəki uzunluqları 24-36 metr olan ikiaşırımlı doqquz körpü də əsaslı təmir olunub, onların hərəkət hissələrinin eni genişləndirilib. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin yol boyu rahat və maneəsiz hərəkətini təmin edib.
Layihəyə uyğun olaraq yolboyu 38 müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib, 30 avtobus dayanacağı quraşdırılıb, zəruri yerlərdə 2710 siqnal dirəkləri, 515 yol nişanları və məlumatverici lövhələr qoyulub.
Qeyd edək ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib.
[embed]https://www.youtube.com/watch?v=pteBlxXE8SQ&feature=youtu.be[/embed]



Şuşaya çəkilən yoldan - FOTOLAR
Dövlət başçısı bu yollarda aparılan tikinti işləri ilə tanış oldu
Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ
İlham Əliyev Mingəçevirdə yol açılışında — FOTO
İlham Əliyev avtomobil yolunun açılışında (YENİLƏNDİ)
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkiləcək?
Xanlıq-Qubadlı yolunun təməli qoyuldu
18 min əhaliyə ŞAD XƏBƏR - Bu yol...
Şuşa yolu bu tarixdə təhvil veriləcək
İlham Əliyev Beyləqanda açılışda
Füzuli-Şuşa avtomobil yolunda 3 kilometrlik tunel olacaq
Azad edilən ərazilərdə yol tikintisi davam edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 