Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd olunan maddələr üzrə təqsiri sübuta yetirilərsə, sabiq icra başçısını hansı cəza gözləyir? ONN media xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sualını vəkil Adilə Məmmədova cavablandırıb. O bildirib ki, məhkəmə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq, cəzaları qismən toplama üsulu ilə birləşdirərsə, M.Quliyev 15 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər: “Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə irəli sürülən ittihamda vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təkrar rüşvət almaya görə isə əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.3.2-ci maddəsi ilə mənimsəmə külli miqdarda törədildikdə isə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla, beş ildən on ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Bunlar qismən toplandıqda həmin şəxsi 15 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir”. Xatırladaq ki, aprelin 30-da Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı M.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Anar Tanrıverdiyev M.Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?



"Vicdan əzabı çəkirəm və çox utanıram” - Həbs edilən icra başçısı
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi
Məhkəmə sabiq icra başçısı barəsində QƏRAR VERDİ
Həbsdə koronavirusa yoluxan sabiq icra başçısı ECMO-ya qoşuldu
Namiq Zeynalov məhkəməyə gətirildi
Deputat oğlu nə qədər cəza alacaq?
Namiq Zeynalov neçə illik həbs edilə bilər?
Sabiq bələdiyyə sədri həbs edildi
İlqar Mustafayevin həbsi ilə bağlı açıqlama
Prokuror DTX tərəfindən həbs edilən sabiq icra başçısına cəza istədi
Səlim Müslümova şərti həbs verildi
Eldar Həsənovla bağlı QƏRAR VERİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 