“Üç ölkə liderlərinin 9 noyabr tarixli bəyanatının 9-cu bəndinə görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri maneəsiz hərəkət edəcək”.
ONN media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz hərəkəti üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir:
“Nəqliyyat kommunikasiyasına nəzarət Rusiyanın FSB sərhəd xidməti tərəfindən həyata keçirilir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi də razılaşdırılıb”.
Zaxarova eyni zamanda Naxçıvanla Azərbaycan arasında birbaşa yol çəkilməsi məsələsinə də toxunub:
Bildiyiniz kimi, iqtisadi əlaqələrin blokdan çıxarılması, yeni kommunikasiyaların inşası uzun müddətli hadisədir, buna bir çox ixtisaslaşmış strukturları cəlb etmək lazımdır və əsas məsələlər, bildiyimiz qədərilə, bunun üçün xüsusi mexanizmlər yaratmış Azərbaycan və Ermənistan səlahiyyətliləri tərəfindən həll ediləcək”.
O, bildirib ki, bu gün ən ümidverici istiqamət dəmir yolu nəqliyyatının bərpasıdır. Bu istiqamətdə rusiyalı mütəxəssislərin köməyi ilə Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun sərhəd hissələrində, eləcə də Ermənistan sərhədinə bitişik olan dəmir yolu xətlərində ilkin araşdırma aparılıb. / teleqraf.com



İrəvan Moskva görüşünün gündəliyini açıqladı: “Mehri dəhlizi”...
Qarabağla bağlı bəyanatın TAM MƏTNİ
Azərbaycan Naxçıvanla birləşir, Türkiyə ilə birləşir - Prezident
Ayvazyan Moskvaya gedir
Rusiya XİN-dən kritik QARABAĞ AÇIQLAMASI
Rusiya: Zəngəzur dəhlizi açılmalıdır!
Zaxarovadan Azərbaycanla bağlı AÇIQLAMA
Əliyevin təklifini dəstəklədik: qısa zamanda... - Zaxarova
İrəvan bəyanatdan bu bəndi ləğv edir: müharibə olacaq
Azərbaycanda yeni nazirlik yaradıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 