Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən mütəxəssis qrupu işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpasına dair layihəsi üzrə işlərə başlayıb. ONN media xəbər verir ki, Avstriyanın «Atelier Erich Pummer GesmbH» şirkətinin rəhbəri, memar Erix Pummer Ağdam məscidində olub və məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə aparılıb. Xatırladaq ki, Heydər Əliyev Fondu Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.
Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə işlərə başladı



Prezident azad olunan ərazilərdə yeni məscidlərin tikintisindən danışıb
Prezident Şuşa məscidlərindəki bərpa işləri ilə tanış oldu
Heydər Əliyev Fondu Şuşada üç tarixi məscidi bərpa edir
Prezidentə Lahıcda "Qurani-Kərim" hədiyyə olundu - VİDEO
Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin açılışı oldu
Cəbrayılda “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi” salınır
Kəlbəcərdə radio və televiziyaların yayımı bərpa edildi
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırdı
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Heydər Əliyev Fondu ilə UNICEF arasında memorandum imzalandı
Leyla Əliyevanın təşəbbüsü ilə bu ailələrə yardım edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 