Son günlər ərzində Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı meşəlik ərazidə qalan erməni silahlı birləşmələrinin terror və diversiya əməllərinə qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən anti-terror əməliyyatı həyata keçirilir. Sözügedən ərazilər uzun illər davam edən erməni işğalından Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən bu yaxınlarda azad edilib. Məsələ ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin cari ilin 13 dekabr tarixli birgə açıqlamasında ətraflı məlumat verilib. ONN media bildirir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib. "Rəsmi İrəvanın Azərbaycanın ünvanına iddiaları əsassızdır və qəbuledilməzdir. Belə ki, təxribat fəaliyyəti erməni silahlı birləşmələrinin qalıqları tərəfindən törədilib. Öz növbəsində, Azərbaycan hökuməti və Rusiya Federasiyasının sülhməramlı heyəti 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəaları əsasında sülhün qorunub saxlanılması üçün bütün lazımi tədbirləri görürlər.
Xatırlatmaq istərdik ki, böyük səylər nəticəsində qəbul olunmuş Bəyanat tam atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Ermənistanı üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən destruktiv fəaliyyətdən çəkinməyə çağırırıq. Azərbaycan Rusiya sülhməramlıları ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərərək, bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq tədbirləri həyata keçirəcək", - deyə Xarici İşlər Nazirliyindən bildirilib.İrəvanın Azərbaycanın ünvanına iddiaları əsassızdır - XİN



DTX-nın antiterror əməliyyatı: iki kənd nəzarətə götürüldü
SON DƏQİQƏ: düşməndən qəfil hücum, 4 hərbçimiz şəhid olub - RƏSMİ
XİN 62 erməni diversantı ilə bağlı XƏBƏR YAYDI
Rəsmi Bakıdan erməni təxribatına CAVAB: Bu, terror əməlidir
Baş Prokurorluq və DTX 14 erməni terrorçu ilə bağlı MƏLUMAT YAYDI
13 erməni terrorçusu ilə bağlı yeni xəbər - Rəsmi
Qarabağda ölən sülhməramlıların sayı açıqlandı
MN-dən sülhməramlılara çağırış- QARŞISINI ALIN
Hərbi qulluqçumuz şəhid oldu
SON DƏQİQƏ: Ağdam və Xocalıda erməni təxribatının qarşısı alındı
XİN-dən antiterror tədbirləri ilə bağlı - Məlumat
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 