Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ordumuza qarşı terror əməliyyatı həyata keçirən silahlı ermənilərin sığındıqları meşə və iki kənd – Köhnə Tağlar və Çaylaqqala nəzarətə götürülüb. ONN media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilir ki, Köhnə Tağlar tam, Çaylaqqala isə qismən DTX-nın nəzarəti altındadır. Hazırda Rusiya sülhməramlılarının vasitəçiliyi ilə danışıqlar aparılır. Xatırladaq ki, insidentlə bağlı DTX və MN-nin birgə məlumatı yayılıb. Bildirilir ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb. Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət edib. Azərbaycan həmin erməni silahlı dəstələrinin ərazidən çıxarılması üçün bütün şəraiti yaradıb. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səsgücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyü bildiriblər. Amma həmin erməni silahlı dəstələri ərazini tərk etməyib, əksinə, döyüş mövqeləri yaradıb və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törədiblər. Belə ki, 2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz şəhid edilib, 2 nəfər yaralanıb, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb. Qeyd olunan nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı həyata keçirib.
DTX-nın antiterror əməliyyatı: iki kənd nəzarətə götürüldü



SON DƏQİQƏ: düşməndən qəfil hücum, 4 hərbçimiz şəhid olub - RƏSMİ
Meşəlikdəki ermənilərin zirehli texnikası var və... - ŞOK
Müdafiə Nazirliyi "Qisas" əməliyyatı ilə bağlı mətbuat konfransı keçirdi
Əsgərlərimiz Tağlar kəndində erməni sığınacağı aşkarladı
SON DƏQİQƏ: ordumuz hücuma keçən erməniləri GERİ OTURTDU
Paşinyandan Rusiyanı qəzəbləndirəcək Hadrut açıqlaması
Ermənistan nə qədər itki verib?- AÇIQLAMA
Ermənilər Ağdamı atəşə tutdu
Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır
İrəvanın Azərbaycanın ünvanına iddiaları əsassızdır - XİN
XİN erməni terroru ilə bağlı MƏLUMAT YAYDI
Ermənilər Qarabağa növbəti dəfə hərbi yük gətirdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 