Rusiyalı siyasətçi, televizya aparıcısı və ictimai xadim Maksim Şevçenko İsmayıllıda səfərdə olub. ONN media xəbər verir ki, bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov "Facebook"da paylaşım edib. İvanovka kəndinə gedən qonağı malakanlar adətlərinə uyğun olaraq duz-çörəklə qarşılayıb. Kənd ağsaqqallarının da iştirakı ilə səmimi görüş keçirilib, qonağın şərəfinə Azərbaycanda fəaliyyət göstərən yeganə kolxozun məhsullarından ibarət süfrə açılıb. İvanovka Mədəniyyət Mərkəzində fəaliyyət göstərən malakan folklor qrupu mahnı və rəqslər ifa ediblər. Daha sonra qonaq mərkəzin nəzdində fəaliyyət göstərən muzey, Heydər Əliyev fondu tərəfindən yeni inşa olunan uşaq baxçası və qədimi molakan evi ilə tanış olub, 1941-1945 müharibəsi abidəsini ziyarət edib. Kənd ictimaiyyəti ilə görüşüb onların yaşayışı ilə maraqlanan M.Şevçenko kəndə vəfat edən 1936-cı il təvəllüdlü ağsaqqalın dəfn mərasimində də iştirak edib. Səfər çərçivəsində qonaq həmçinin, Buynuz kəndinə, Şahdağ Milli Parkına gedərək rayonun turizm potensialı ilə tanış olub. Qeyd edək ki, məşhur siyasətçi, jurnalist və ictimai xadim Maksim Şevçenko ölkəmizin haqlı mübarizəsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyərək, əsasən də 44 günlük Vətən Müharibəsində haqq səsimizi dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayaraq xalqımızın rəğbətini qazanmışdır.
Maksim Şevçenko İsmayıllıda səfərdə olub



Şevçenko deputatlığa namizəd olacağını açıqladı
Şevçenko Bakıya gəlir
Maksim Şevçenko: “Mən çox üzülürəm ki, Gəncəyə atılan raketlər Rusiya istehsalı olub”
Mənə edilən təzyiqlər küləkdən başqa bir şey deyil - Şevçenko
Mədəniyyət naziri Qubaya getdi
Prezident Tərtər və Bərdə rayonlarında səfər etdi
Prezident və xanımı İsmayıllıda
Ordumuza "terrorçu" deyən erməni görün EFİRDƏ NƏ HALA SALINDI
ADPU fəalları İvanovka kolxozunda - "üzüm mövsümü"
Azərbaycanda icra başçısı bu vəzifəsindən İSTEFA VERDİ
Prezident İvanovka kənd Mədəniyyət Sarayı ilə bağlı sərəncam imzaladı
ADAU tələbələri tədris səfərində olublar
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 