ONN media xəbər verir ki, sentyabrın 21-22-də ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun təşəbbüsü və ölkəmizdə yeganə kollektiv təsərrüfatı yadigarı olan İsmayıllı rayonu İvanovka kənd N. Nikitin adına kolxozunun dəstəyi ilə ADPU-nun ictimai təşkilatlarının fəalları olan bir qrup tələbəsi universitetin əməkdaşları Turan Kərimli və Cavid Hüseynovun müşayəti ilə növbəti məhsul mövsümdə kolxozçuların qonağı olub, sahələrdə işləyən kolxozçularla birgə üzüm yığımında iştirak ediblər. Tələbələr İvanovka kolxozunun qonaqpərvər kollektivi tərəfindən kənddə bir gün qonaq edilib, gəzməli-görməli yerlərdə olub, əsrarəngiz təbiət mənzərələrini seyr ediblər. Eyni zamanda onlar Azərbaycan multikulturalizminin unikal nümunələrindən biri, Çar Rusiyası dönəmindən buralarda məskunlaşan və özünəməxsus mədəniyyətlərini yaratmış yerli malokanların həyat tərzi və mədəni həyatı ilə də yaxından tanış olublar. Qeyd edək ki, bu təşəbbüs gələcəyin qurucuları olan müəllim ixtisasına yiyələnən gənclərin dünyagörüşü və təcrübələrinin artırılması, mədəni müxtəlifliklərlə tanışlığı istiqamətində universitetin və onun ictimai təşkilatlarının həyata keçirdiyi çeşidli layihələrdən biridir.
ADPU fəalları İvanovka kolxozunda - "üzüm mövsümü"



Bu universitetin Şəki filialı bağlandı - SƏBƏB?
ADPU-ya yeni mətbuat katibi təyin edildi
Maksim Şevçenko İsmayıllıda səfərdə olub
Azərbaycanda bu şəxslərin maaşı artırıldı
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - ADPU-da
Prezident İvanovka kənd Mədəniyyət Sarayı ilə bağlı sərəncam imzaladı
ADAU tələbələri tədris səfərində olublar
Nazir bu xanıma YÜKSƏK VƏZİFƏ verdi
Azərbaycanda daha iki universitetdə KÜTLƏVİ YOLUXMA: 14 qrup bağlandı
Azərbaycanda universitet filialının direktoru işdən çıxarıldı
Leyla Əliyeva festivalda təşkil edilən pavilyonlarla tanış oldu
İctimai yerdə koronavirus xəstəsi aşkarlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 