Sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından 16 dekabr saat 00:00-dan qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunu nazirliyin mətbuat katibi Günel Gözəlov deyib. O bildirib ki, sözügedən məlumat nazirliyin loqosuna oxşar, ancaq nazirliyə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir: "Bu məlumat həqiqəti əks etdirmir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (skrinşot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər. Hər hansı kiberinsidentlə üzləşdikdə və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər". Qeyd edək ki, 27 sentyabrda Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilməsində müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabrda aradan qaldırılıb.
Bu rayonlarda internet kəsiləcək? - AÇIQLAMA



“Telegram” və “WhatsApp” istifadə edənlərin DİQQƏTİNƏ!
Ermənilərin növbəti təxribatının üstü açıldı - RƏSMİ
Azyaşlı məhkumlar həbsxanadan qaçıb?- RƏSMİ
Növbəti düşmən təxribatı: Mesencerlə... - DİQQƏT!
DİQQƏT: Əhaliyə saxta məktublar göndərilir
Düşmən Murovda postlarımızı “ələ keçirib”? – MN-dən açıqlama
Azərbaycanda daha bir vəzifəli şəxs saxlanılıb?- Rəsmi
Nəsimi Nəbizadə polis tərəfindən saxlanılıb? - DİN-dən AÇIQLAMA
Ermənistan Azərbaycan adından vəsait toplayır - XƏBƏRDARLIQ
Nazirliyin adından saxta məktublar göndərilir - XƏBƏRDARLIQ
Ölkədə internetin sürətinin zəifləməsi ilə bağlı - AÇIQLAMA
DİN-dən koronavirusla bağlı şaiyə yayan həkimlə bağlı AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 