Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq, müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, indiki vaxtda maksimum diqqətli olsunlar və yalnız rəsmi məlumatlara istinad etsinlər: “Həmçinin, vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər”. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb. Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllülük əsasında fonda vəsait köçürə bilirlər.
Ermənistan Azərbaycan adından vəsait toplayır - XƏBƏRDARLIQ



“Telegram” və “WhatsApp” istifadə edənlərin DİQQƏTİNƏ!
Ermənilərin növbəti təxribatının üstü açıldı - RƏSMİ
DİQQƏT: Əhaliyə saxta məktublar göndərilir
Düşmən yenə təxribata əl atır - VACİB XƏBƏRDARLIQ
Nazirliyin adından saxta məktublar göndərilir - XƏBƏRDARLIQ
Vətandaşların DİQQƏTİNƏ! Saxta məktublara aldanmayın...
Nazirlikdən əhaliyə daha bir XƏBƏRDARLIQ
Növbəti düşmən təxribatı: Mesencerlə... - DİQQƏT!
Vatsapla bağlı XƏBƏRDARLIQ
Azərbaycandan olan “Mail.ru” istifadəçilərinə hücum başladı
Bu rayonlarda internet kəsiləcək? - AÇIQLAMA
DİQQƏT- Bank adından pullarınızı ala bilərlər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 