İspaniya konqresinin (parlamentinin aşağı palatası) deputatları evtanaziya haqqında qanun layihəsini təsdiqləyib. ONN media xəbər verir ki, səsvermə nəticəsində 350 deputatdan 198-i qanun layihəsini dəstəkləyib. Bundan sonra layihə Senatda (parlamentinin yuxarı palatası) müzakirə olunacaq. Proqnozlara görə, qanun gələn ilin birinci yarısında qüvvəyə minə bilər. İspaniya Sosialist Partiyası tərəfindən təqdim olunmuş qanun layihəsi sağalmaz xəstəliyə tutulan insanların evtanaziya hüququnu tənzimləmək məqsədilə hazırlanıb. Layihəyə əsasən, evtanaziya barədə yetkinlik yaşına çatmış İspaniya təbəələri, yaxud ölkədə yaşamaq hüququna malik şəxslər müraciət edə bilərlər. Bu qərarı yalnız xəstənin özü qəbul etməli, həm də arzusunu azı dörd dəfə təsdiqləməlidir. Müraciət həkimlər, həmçinin xüsusi komissiya tərəfindən qanuna uyğun olaraq qiymətləndiriləcək. Bütün tələblərə lazımı surətdə əməl edildiyi təqdirdə xəstə müvafiq dərmanı özü qəbul edəcək, yaxud evtanaziya həkimin yardımı ilə həyata keçiriləcək.
ŞOK QƏRAR: Ölüm hüququ təsdiqləndi



Ölkədə TikTok qadağan edilə bilər?
Qazaxıstanda ölüm hökmü ləğv edildi
TikTok artıq tarixə qovuşur?
Azərbaycanda bu kənd digər rayona verildi - QƏRAR
Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirə ediləcək
Milli Məclisdə 6 layihə qəbul edilmədi
Azərbaycanda BU QANUN DƏYİŞDİ: bundan sonra evlənmək və boşanmaq istəyənlər...
Milli Məclisdə xeyli qanun layihəsi yarımçıq qalıb – SİYAHI
ABŞ Rusiyanın qızıl ehtiyatlarına da sanksiya tətbiq edir
SON DƏQİQƏ: Türkiyə Azərbaycana ORDU GÖNDƏRİR - TƏSDİQLƏNDİ
Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir - ŞAD XƏBƏR
Zelenski ehtiyatda olanları müharibəyə çağırdı – Rusiya ilə vəziyyət gərginləşir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 