Artıq 2020-ci ilin başa çatmasına sayılı günlər qalıb. Hələ ilin əvvəlindən ekstrasenslər və astroloqlar bu ilin ölkəmiz və dünya üçün necə keçəcəyi ilə bağlı proqnozlar vermişdi. ONN media xəbər verir ki, 2020-ci illə bağlı proqnoz verən ekstrasenslərdən biri də Nadim Alixanov idi. O, bu ildə Qarabağla bağlı böyük dəyişikliklərin olmayacağını desə də, Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı ilə torpaqlarımızı işğaldan azad etdi. Yəni ekstrasensin bu proqnozu özünü doğrultmadı. N.Alixanov həmçinin Rusiyada böyükmiqyaslı mitinqlərin olacağını və bu ölkənin daha da qarışacağını proqnozlaşdırmışdı. Lakin bu proqnozu da reallaşmadı. O, Gürcüstanda və Türkiyədə prezidentlərin dəyişəcəyi, müsəlman ölkələrində qarşıdurma yaranacağı, Avropa ölkərində insanların ayağa qalxacağı və dini savaşların başlayacağı, bundan başqa, ABŞ və rusiyayönümlü ölkələr arasında toqquşma olacağı, Rusiyanın uduzacağı ilə bağlı proqnozunun 2023-cü ilə qədər reallaşacağını iddia edib. O vaxta hələ 3 ilə yaxın zaman var. Astroloq Səbuhi Rəhimli də bu il üçün bir neçə proqnoz vermişdi. Onun iqtidarla müxalifət arasında hansısa uğurlu dialoqun olmaması, Qarabağın azad olunması ilə bağlı yeniliklərin olmayacağı, mülkiyyət üstündə savaşların kəskinləşəcəyi ilə bağlı proqnozları özünü doğrultmayıb. Çünki bu il ölkədə müxalif partiyalarla görüşlər keçirildi və onlar PA-ya dəvət edildi, iqtidar-müxalifət münasibətlərinin yüksək səviyyədə formalaşması istiqamətində ciddi atımlar atıldı. Mülkiyyət üstündə savaşların kəskinləşməsi məsələsində isə ötən illərlə müqayisədə demək olar ki, ciddi artım müşahidə olunmadı. Bundan başqa, Səbuhi Rəhimlinin də Qarabağla bağlı proqnozu reallaşmadı.(kult.az)
Ekstrasenslərin 2020 öngörüləri: nə demişdilər, nə oldu?



Zirəddinin daha bir şok proqnozu doğruldu, digəri isə...
Vanqanın 2022-də hansı proqnozları düz çıxıb?
Türkiyədə hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Müsəlmanlar dünyanı nə zaman idarə edəcək? – Vanqanın proqnozu
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak alır - RƏQƏMLƏR
16 ildə məzunların sayı nə qədər azalıb?
Ekstrasensdən 2020 proqnozu: Nələr olacaq? – VİDEO
Azərbaycan 30 ilin rekordunu QAZANDI
Azərbaycanda ötən il doğulanlar son 48 ildə doğulanlardan daha çox yaşayacaqlar - PROQNOZ
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
Azərbaycan vətəndaşları bu il Türkiyədə neçə əmlak alıblar?
Hikmət Hacıyev: "Düşmən yerinə otuzdurulur"
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 