Dekabrın 22-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 284 yeni yoluxma faktı qeydə alınıb, 4 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 41 nəfər isə vəfat edib. Bu azalma davam edərsə, gələn həftə Azərbaycanda "SMS icazə" sistemi ləğv edilə bilərmi? Bununla bağlı danışan deputat Müşfiq Cəfərov son günlər rəqəmlərin azalmasının ürəkaçan olduğunu bildirib. “Belə ki, artıq gündəlik yoluxmaların sayı 4000-dən 2000 minə düşüb. Bu sayın iki dəfə azalması çox yaxşı nəticədir. Artıq azalma davam edərsə, gündəlik yoluxma sayı 3 rəqəmliyə enə bilər. Amma hər hansı yumşalma və "SMS icazə" ilə bağlı konkret fikir söyləmək çətindir, çünki gələn həftə bizdə bayram günləridir. Bayrama yaxın yumşalma etmək düzgün olmazdı. Çünki insanlar bayram günlərində bir-birilərinin evinə qonaq gedir, kütləvi toplaşaraq bayramı qeyd edirlər. Təbii ki, buna yol vermək olmaz”, - deputat deyib. Deputat qeyd edib ki, yoluxma daha çox insanların kütləvi toplaşdığı yerlərdə olur: “Hər hansı bir şəxsin yoluxması insanları kütləvi şəkildə yoluxdura bilər. Ona görə yanvarın 18-nə kimi tətbiq edilən "SMS icazə" sistemini gözləməliyik. Yanvarın 18-dən sonra bu məsələyə baxıla bilər və vəziyyətə uyğun olaraq, "SMS icazə" sistemi ləğv edilə bilər. Təbii ki, qoyulan qaydalara əməl etmək şərti ilə. Amma böyük şəhər və rayonlarda yumşalmalara getmək hələ tezdir. Yoluxma sayını heç olmasa üç rəqəmliyə endirmək lazımdır”. (sonxəbər.az)
Gələn həftədən SMS icazə ləğv ediləcək? - AÇIQLAMA



Azərbaycanda dekabrın 31-də "sms icazə" sisteminin ləğv edilməsi ilə bağlı AÇIQLAMA
Azərbaycanda "sms icazə" yenidən BƏRPA EDİLİR? - AÇIQLAMA
İyun ayında karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA - Bu aydan etibarən...
Azərbaycanda "SMS icazə" sistemi bərpa edilə bilər - MÜHÜM AÇIQLAMA
Karantin ləğv edilə bilər - Açıqlama
Son həftədə koronavirusa yoluxanların açıqlandı
"Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər" — AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxma sayı 4000-i ötdü - REKORD
Azərbaycanda koronavirusa yoluxanların sayında REKORD AZALMA
Azərbaycanda yoluxma sayı açıqlandı
Azərbaycanda koronavirusla bağlı ŞAD XƏBƏR: Yoluxanların sayı...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 