Xəbər verdiyimiz kimi 22 noyabrda Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən kəskin artıb. Belə ki, 3169 nəfər koronavirusa yoluxub, 24 nəfər dünyasını dəyişib. Yoluxma dinamikası davam edərsə bu həftə "sms icazə" sisteminə keçirilə bilərmi?
ONN media xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, həftə sonu sərtləşdirilmənin nəticəsini həftənin ilk günləri görülə bilər:
"Ancaq nəzərə alsaq ki, həftəiçi də dövlət və digər müssisələrədə işçi sayının 30 faizə endirilməsi tövsiyə edildi. Dövlət idarələri bu tövsiyəyə əməl edir. İnanıram ki, digərləri də buna əməl edir. Ən çox insanların toplaşdığı yerlər təhsil müəssisələri idi ki, artıq onlar da bağlıdır. Ancaq bütün yerləri bağlamaq və məhdudlaşdırmaq bir az çətindir. Ona görə də qaydalara əməl etmək lazımdır. Bilirsiniz ki, artıq açıq havada da maska taxmaq məcburidir. Eyni zamanda idarə və müəssisələr qoyulan qaydalara əməl etməlidir.
Bu məsələdə ictimai qınağın olması da vacibdir. Qaldı ki, "sms icazə" və 65 yaşdan yuxarı insanların çölə çıxmasına qadağa qoyulması məsələsinə, yoluxma artma dinamikası davam edərsə, yenidən buna gedilə bilər. İnsanlarımız yenidən bu sistemə keçirilməməsi üçün qoyulan qaydalara əməl etməlidir. Əməl edilməsə tədbiq edilən sərtləşmələr həm iqtisadi və sosial problemlərə yol açır".



Gələn həftədən SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Bu həftədən "sms icazə" sisteminə keçirilə bilər? - AÇIQLAMA
"Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər" — AÇIQLAMA
Bakıda insanların çölə çıxmasına qadağa qoyulacaq? - AÇIQLAMA
Bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər — ŞOK AÇIQLAMA
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA - Bu aydan etibarən...
Ölkədə karantin rejimi iki həftəlik sərtləşdirilə bilər? - AÇIQLAMA
Azərbaycanda dekabrın 31-də "sms icazə" sisteminin ləğv edilməsi ilə bağlı AÇIQLAMA
”Bölgələrdə və Bakıda karantin rejimi yenidən sərtləşdirilir?”- AÇIQLAMA
"Aprelin 20-dən sonra toy və yas mərasimlərinə icazə veriləcək?" — AÇIQLAMA
Şənbə-bazar günləri ictimai nəqliyyat bərpa edilir? — AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 