Prezident İlham Əliyev “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər barədə sərəncam imzalayıb. ONN media xəbər verir ki, sərəncamla, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutularaq, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və təhsil infrastrukturunun müasirləşdirilməsi məqsədilə “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 178, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 1-ci hissəsinin 9-cu bəndi ləğv edilib. Nazirlər Kabinetinə aşağıdakı məsələr tapşırılıb: 1. Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 108 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 6,98 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsini və Azərbaycan Respublikası Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin; 2. “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar üç ay müddətində zəruri tədbirlər görsün; 3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İqtisadiyyat Nazirliyinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmaq tapşırılıb.
Prezident sərəncam imzaladı



İlham Əliyev 2 fərman imzaladı
İlham Əliyev iki sərəncam imzaladı
Prezidentdən SOCAR-la bağlı 1 fərman, 1 sərəncam
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
Prezident fərman imzaladı
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
Prezidentdən müavinətlərin artırılması barədə sərəncam
Dövlət qulluqçularının maaşı artırıldı
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev fərman imzaladı
Prezident sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 