Bu gün Milli Məclisin 2020-ci il payız sessiyasının sonuncu plenar iclası keçirilib. ONN media xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda 6 məsələ müzakirə edilib. İclasda 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə müraciət qəbul edilib. Sonda Dövlət Himninin səsləndirilməsi ilə Milli Məclisin payız sessiyası bağlı elan olunub. Sessiyanın başa çatması ilə deputatlar tətilə çıxıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar. Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Milli Məclisin payız sessiyası başa çatdı



Deputatlar bu həftə tətildən qayıdır
Deputatlar bu tarixdən tətilə çıxır
Milli Məclisin sonuncu yaz sessiyası başa çatdı
Deputatlar tətilə çıxdılar
Milli Məclisin növbədənkənar sessiyası başa çatdı
Milli Məclisin ilk iclası bu tarixdə keçiriləcək
Deputatlar ilin son iclasına toplaşıblar
Milli Məclisin növbədənkənar sessiyası başladı
Parlamentin payız sessiyasının ilk plenar iclasının vaxtı…
Milli Məclisin sonuncu plenar iclası başladı
Milli Məclisin iclası başladı
Milli Məclisin iclası başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 