Azərbaycanda şəhid ailəsi üçün təyin olunmuş Prezident təqaüdü alan şəxslərin sayı açıqlanıb.
ONN media saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib ki, 2024-cü il iyulun 1-i vəziyyətinə şəhid ailəsi üçün Prezident təqaüdü 18 493 nəfərə təyin edilib. Təqaüdün bir nəfərə düşən orta aylıq məbləği 385,35 manat təşkil edib.
Xatırladaq ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir:
- arvadına (ərinə);
- valideynlərinə;
- 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına;
- uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.
Şəhidin ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir.
“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
Şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.



İlham Əliyev İMZALADI: Bu şəxslərə aylıq 1800 manat təqaüd veriləcək
Bu şəxslərə aylıq 2000 manat təqaüd veriləcək - FƏRMAN
Şəhidimizlə bağlı arayışa rəsmi münasibət
Bu ailələrə hər ay 500 manat Prezident təqaüdü veriləcək - DİQQƏT!
Şəhid qardaşının müraciətinə yenidən baxıldı
Prezidentdən MÜHÜM FƏRMAN: Bu şəxslərə aylıq 300 manat PUL VERİLƏCƏK
Hərbçilərin ailə üzvləri və himayəsindəki şəxslərin siyahısı müəyyənləşir
1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edildi - RƏSMİ
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMAN
Şəhid vərəsələrinə mənzillər veriləcək - SİYAHI
20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə ödənilən vəsaitin məbləği açıqlanıb
Azərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 