Yanvarın 1-də Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. ONN media xəbər verir ki, Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının mühüm hadisə olduğunu qeyd edərək, bunun yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb. Öz növbəsində Azərbaycan Prezidenti TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının həm ikitərəfli əlaqələrin inkişafı, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycan qazının Avropaya çatdırılmasını Cənub Qaz Dəhlizinin tamamlanması və bu tarixi layihədə iştirak edən ölkələrin uğurlu əməkdaşlığının təsdiqi kimi dəyərləndirib. Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana və Avropanın digər ölkələrinə çatdırılmasının Avropanın enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması işinə böyük töhfə verəcəyini də bildiriblər. Telefon söhbəti zamanı Azərbaycan ilə Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni sahələrdə əməkdaşlığın genişlənməsində tərəqqinin müşahidə olunduğu qeyd edilərək, dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub. Boyko Borisov Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib. Telefon söhbəti zamanı, həmçinin Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov bir-birini Yeni il münasibətilə təbrik edib, möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıblar.
Borisov Azərbaycan Prezidentini ölkəsinə dəvət etdi



İlham Əliyev Boyko Borisov ilə görüşdü
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng etdi
Türkiyədən bu ölkəyə koronavirusla bağlı yardım
İlham Əliyev sükan arxasında - Borisov paylaşdı...
Bu ölkə Rusiya diplomatlarını ölkədən qovacaq
Heç bir ölkə Türkiyəni bunda əvəz edə bilməz - Borisov
Ölkə qazının Bolqarıstana nəqlini nəzərdə tutan sazişin imzalanacağı TARİX
İlham Əliyev Bolqarıstana işgüzar səfər edib
İlir Meta İlham Əliyevə zəng etdi
İmaməli Rəhman İlham Əliyevə zəng etdi
Elmar Məmmədyarov Bolqarıstanda nələri müzakirə edib?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 