Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Respublikasının Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiyaları naziri Rossen Jeliazkov, həmçinin Energetika naziri Temenujka Petkova ilə görüşüb.
XİN-dən ONN media-ya verilən məlumata görə, nazir E.Məmmədyarov Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiyaları naziri Rossen Jeliazkov, həmçinin Energetika naziri Temenujka Petkova ilə görüşüb. Görüşlərdə tərəflər Azərbaycanla Bolqarıstan arasında nəqliyyat və energetika sahəsində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından bəhs edib və hər iki sahənin ikitərəfli münasibətlərin mühüm komponenti olduğunu təsdiq ediblər.
Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli və bu xüsusda Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə Bolqarıstanın təbii qazla təmin olunmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bolqarıstanın qazlaşdırılması prosesində iştirakı məsələsinin gündəmdə olduğu qeyd olunub. Habelə, əlverişli coğrafi yerləşməyə malik olan Azərbaycan və Bolqarıstanın Avropa və Asiya arasında beynəlxalq yük daşımalarının təşviqi baxımından mühüm rol oynadığı Nazirlər tərəfindən qeyd edilib və tərəflər arasında nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğu xüsusilə vurğulanıb.



Sofiyada Azərbaycan-Bolqarıstan Müştərək Komissiyasının 5-ci iclası keçirilib
Məmmədyarov Polşa Seyminin spikerini Azərbaycana dəvət etdi
Energetika naziri Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfəri ilə görüşüb
Elmar Məmmədyarov polşalı həmkarı ilə görüşüb
Məmmədyarov çilili həmkarı ilə görüşdü
Məmmədyarov həmkarı ilə telefonda danışdı
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri ilə görüşüb
Məmmədyarov İƏT-in Baş katibi ilə görüşdü
Bolqarıstan Azərbaycana yeni səfir təyin etdi
Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı oldu
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 