Qlobal pandemiyanın yaratdığı məhdudiyyətlər səbəbindən xarici ölkə vətəndaşlarının Gürcüstanda qanuni qalma müddəti uzadılıb. ONN media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına əsasən, pandemiya səbəbindən xarici vətəndaşların Gürcüstanda qalma müddəti 1 iyul tarixinə qədər uzadılır. Lakin qeyd etmək lazımdır ki, onların Gürcüstan ərazilərində olmasına qlobal pandemiya ilə əlaqəli aşağıdakı əməliyyat şəraiti səbəb olmalıdır: A) Əgər vətəndaşı olduğu ölkə müvafiq müddət üçün yüksək risk zonasına daxil edilibsə; B) Əgər sərhəd keçidində məhdudiyyət müvafiq dövlət tərəfindən qoyulubsa; C) Əgər şəxs sağlamlıq vəziyyətinə görə xəstəxanada, karantində və ya özünü təcriddədirsə; D) Əgər şəxs müəyyən edilmiş müddətdə təxirə salınmış uçuşlara görə ölkəni tərk edə bilmirsə. Eyni zamanda, Koordinasiya Şurasının qərarına əsasən, yuxarıdakı şərtlər səbəbindən 1 yanvar - 1 iyul 2021-ci il tarixlərində müvafiq meyarlara cavab verildiyi təqdirdə, Gürcüstanda yaşamaq üçün icazə almaq məqsədi ilə xarici vətəndaşlar üçün Gürcüstan ərazisində qalma qanuni sayılacaq. Xatırladaq ki, müvafiq sərəncamdakı dəyişikliklərdən əvvəl, Gürcüstanda xarici vətəndaşların leqal qalma müddəti bu ilin 31 dekabr tarixinə qədər idi.
Gürcüstanda olanların NƏZƏRİNƏ



Gürcüstandakı Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR
Rusiyadan Azərbaycana 728 nəfər gətirilib - XİN
Gürcüstanda matəm elan olundu
Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti 6 ay UZADILDI
Gürcüstanda əcnəbilərə daimi yaşayış icazəsinin verilməsi qaydaları dəyişir
Bu şəxslərin pasportlarının müddəti UZADILDI
Rusiyadakı azərbaycanlılara ÇAĞIRIŞ EDİLDİ
Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıldı
Gürcüstanda matəm elan olundu
Azərbaycanda qatarlar dezinfeksiya olunur- SƏBƏB İSƏ...
Ölkədən çıxışa qadağa: Hansı halda xaricə gedə bilməyəcəksiniz?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 