“Mövcud COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiyanın Azərbaycanla dövlət sərhədinin Dağıstan ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və soydaşlarımız üçün Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargah müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 2021-ci ilin 20-27 dekabr tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib”.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Sərhəd buraxışlarının həyata keçirilməsi üçün Xarici İşlər, Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət işçi heyət Rusiyanın Dağıstan Respublikasında xidməti ezamiyyətdə olublar. İşçi heyətin üzvləri sərhədi keçmək üçün gözləyən 766 nəfər həmvətənlimizi qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.
Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 766 nəfərdən 728 şəxsin 2021-cil ilin 22-27 dekabr tarixlərində (6 sərhəd buraxılışı) Rusiya ilə Azərbaycanın “Yaraq Qazmalar - Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycana qrup halında keçidi təmin edilib.
Ümumilikdə, 2021-ci ilin 29 yanvar - 27 dekabr tarixləri arasında qrup halında 35 sərhəd keçidi olmaqla 4217 həmvətənlimizin təxliyəsi təmin edilib.



Bu ölkədən Azərbaycana təxliyə olunmuş 33 nəfərdə COVID-19 aşkarlandı
548 nəfər Rusiyadan Azərbaycana döndü
Prezidentin köməkçisi sərhəddəki vəziyyətdən danışdı
Rusiya sərhədində qalan vətəndaşlarımızla bağlı ŞAD XƏBƏR
İlham Əliyev FƏRMAN İMZALADI
İran sərhəddində atışma- Yaralanan var
Gürcüstanda olanların NƏZƏRİNƏ
Azərbaycan və İran rəsmiləri görüşdü
Azərbaycan-İran sərhədində atışma: ölən var
İranla sərhədimizdə 38 mina tapılıb
Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 