Ermənilərin Sünik (Zəngəzur) mahalındakı Şurnux kəndində Azərbaycan ərazisini qəsb etmək həyasızlığı davam edir. ONN media xəbər verir ki, Sünik qubernatoru Melikset Poqosyan artıq əraziyə erməni hərbçi və sərhədçilərinin gəldiyini, eyni zamanda Rusiya Sərhəd Xidməti dəstəsinin də orada olduğunu bildirib. O qeyd edib ki, rus sərhədçiləri sərhəddə, o cümlədən Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən 21-ci kilometrliyində dayanıblar: “Rus sərhədçilər həm də Şurnux kəndindədir. Yerli əhalini provokasiyaya uymamağa və gərginlikdən qaçmağa çağırırıq. Ermənistan ordusu, sərhədçiləri və rus sərhədçiləri vəziyyətə nəzarət edir”. Qeyd edək ki, torpaqlarımız işğal altında olarkən Şurnux kəndinin sakinləri sərhədi keçərək, Azərbaycan ərazilərini istismar ediblər, hətta torpaqlarımızda evlər, obyektlər də inşa ediblər. Hazırda isə onlar zəbt etdikləri ərazilərimizdən çıxmamaq üçün bütün həyasızlıqlara gedirlər. Ermənistan sərhədlərini qoruyan rus sərhədçilərinin də sözügedən hissənin Azərbaycan ərazisi olduğunu bildirməsinə baxmayaraq, ermənilər hələ də inad edirlər. Azərbaycan Ordusu isə sözegdən sahənin və 12 binanın boşaldılması üçün ermənilərə verdiyi vaxtı 5 yanvara qədər uzadıb. Kənddə isə Ordumuz artıq post qurub. /Axar.az/
Erməni həyasızlığı bitmir: Rus sərhədçiləri çağırdılar



Rus sərhədçiləri Zəngəzuru tərk etdi
SON DƏQİQƏ: Sərhədçilərimiz Gorus rayonunun Şurnux kəndinə girdi
Erməni həyasızlığı: indi də sərhəd davasına qalxırlar
Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədi - ATƏŞKƏS POZULDU
Sünik əhalisi Paşinyanın bu sözlərini dinləmədi
Gorusdakı bu ərazilər Azərbaycanın nəzarətinə keçdi
Azərbaycan və Ermənistan sərhədçiləri arasında insident
Ermənistanın dayağı Rusiyadır - Paşinyan
Ermənilər bu lövhədən TƏŞVİŞƏ DÜŞDÜ
Mir Şahin Şurnuxa getdi - VİDEO
15 dəqiqəlik yolu Gorusa 1 saata gedirik - Ohancanyan
Ermənilərə DAHA BİR ŞOK: Hava limanı Azərbaycanın nəzarətinə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 