Dünya bazarlarında kərə yağının qiyməti yenidən yüksəlişə keçib. ONN media xəbər verir ki, bu ayın 5-nə olan sonuncu məlumata görə dünya bazarlarında kərə yağının 1 tonunun orta qiyməti 4526 dollar (1 kq – 4,53 dollar/7,7 manat) olub. Qeyd edək ki, bu qiymət sonuncu dəfə 2019-cu ilin iyun ayının ortalarında qeydə alınıb. Həmin tarixdən sonra kərə yağının qiyməti davamlı olaraq azalıb. Hətta ötən ilin sentyabr ayında kərə yağının 1 tonu 3 280 dollara (1 kq – 3,3 dollar/5,6 manat) kimi ucuzlaşıb. Lakin, sentyabr ayından etibarən kərə yağı yenidən bahalaşmağa başlayıb. Son 4 ay ərzində kərə yağının qiymətində 38% həddində bahalaşma qeydə alınıb. Onu da bildirək ki, dünya bazarında kərə yağının qiymətində baş verən dəyişiklik ölkəyə idxal olunan kərə yağının qiymətinə də təsir edir. Ötən ilin əvvəlində dünya bazarlarında kərə yağının 1 tonunun orta qiyməti 4000 dollar (1 kq – 4 dollar/6,8 manat) olub. Həmin ay ölkəyə idxal olunan kərə yağının 1 kiloqramının gömrük dəyəri 4,98 (8,5 manat) dollar olub. Sentyabr ayında isə dünya bazarlarında kərə yağının 1 tonunun orta qiyməti 3 300 dollar (1 kq – 3,3 dollar/5,6 manat) olub. Həmin ay ölkəyə idxal olunan kərə yağının 1 kiloqramının gömrük dəyəri 4,7 (8 manat) dollar olub. Belə görünür ki, dünya bazarında kərə yağının yenidən bahalaşması yaxın zamanlarda idxal olunan kərə yağının da qiymətinin artmasına gətirib çıxaracaq. /yeniavaz.com/
Kərə yağının qiyməti bahalaşa bilər – QİYMƏTLƏR



Kərə yağının qiyməti bahalaşdı
Bazarda kərə yağının qiyməti ucuzlaşıb?
Kərə yağı bahalaşdı
Kərə yağının qiyməti bahalaşıb
Bu məhsul ucuzlaşdı - FOTO
Kərə yağının qiyməti bahalaşdı
Kərə yağının qiyməti yenidən bahalaşdı
Kərə yağı niyə ucuzlaşmır?
Həqiqi kərə yağını saxtasından ayırmağın üsulları
Kərə yağı ucuzlaşır - Sabahdan
Təbii kərə yağını necə müəyyən edək
Kərə yağı üçün gömrük rüsumu 3 dəfə azaldılıb, bəs qiymətlər niyə endirilmir? - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 