Son günlər kərə yağının qiymətində xeyli artım müşahidə edilir.
ONN media-nın məlumatına görə, bəzi kərə yağları 3, bəziləri isə 6 manat bahalaşıb.
Elə satıcılar da qiymətlərin son günlər 3-6 manat arasında artdığını deyirlər.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 milyon dollar və ya 51% çoxdur.
İqtisadçı Xalid Kərimli qeyd edib ki, qlobal bazarda süd məhsullarında bahalaşma qeydə alınıb.
Onun sözlərinə görə, Azərbaycan yağ idxalından asılı olan ölkə olduğu üçün xaricdə baş verənlər birbaşa daxili bazara təsir edir.
Ekspert qeyd edib ki, Azərbaycan kərə yağını əsasən Rusiya, Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir.



Kərə yağı bahalaşdı
Kərə yağının qiyməti bahalaşa bilər – QİYMƏTLƏR
Kərə yağının qiyməti yenidən bahalaşdı
Kərə yağı ucuzlaşır - Sabahdan
Bazarda kərə yağının qiyməti ucuzlaşıb?
Bu məhsul ucuzlaşdı - FOTO
Kərə yağının qiyməti bahalaşdı
Baş nazirdən qiymət artımı ilə bağlı qərar
Kərə yağı niyə ucuzlaşmır?
Həqiqi kərə yağını saxtasından ayırmağın üsulları
Kərə yağının qiyməti bahalaşdı
Kərə yağı üçün gömrük rüsumu 3 dəfə azaldılıb, bəs qiymətlər niyə endirilmir? - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 