Yanvarın 11-də saat 15 radələrində 3 nəfər şəxsin Abşeron rayonu ərazisində kirayədə yaşadıqları evdə dəm qazından boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. ONN media xəbər verir ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Araşdırmalarla müəyyən olunub ki, 1995-ci il təvəllüdlü Kamal Süleymanovun, 1997-ci il təvəllüdlü Günel Tağıyevanın və sonuncunun 2019-cu il təvəllüdlü azyaşlı övladının meyitləri Xırdalan şəhəri, Quşçuluq massivi, X.R.Ulutürk küçəsində yerləşən fərdi yaşayış evlərinin birində aşkar olunub. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanda dəhşətli hadisə - Evdən 3 meyit tapıldı



Xırdalanda çoxmərtəbəli binada DƏHŞƏT YAŞANDI - Ölən var
Prokurorluq Nərimanovdakı hadisə ilə bağlı MƏLUMAT YAYDI
Bakıda iş yerində QORXUNC OLAY: Mişar başını kəsdi
Bakıda daş karxanasında ÖLÜM OLAYI
Bakıda dəhşətli hadisə barədə YENİ XƏBƏR
Sədərək ticarət mərkəzində qorxunc olay - ÖLƏN VƏ YARALANAN VAR
Sarayda 18 yaşlı oğlan qonşu kişini boğub öldürdü
Abşeronda asfalt-beton zavodunda qorxunc hadisə - FƏHLƏ ÖLDÜ
Bakıda 19 yaşlı oğlan atasını amansızlıqla öldürdü
Bakıda müəmmalı qətl - GECƏ SAATLARINDA...
Mebel sexində ÖLÜM OLAYI
Bakıda Gürcüstan vətəndaşı QƏTLƏ YETİRİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 