Abşeron rayonunda qonşusunu öldürməkdə təqsirli bilinən 2003-cü il təvəllüdlü İsmayıl Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ONN media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq. İttihama görə, bu il yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 2003-cü il təvəllüdlü Əliyev İsmayıl Nəvahi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İsmayıl Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq orqanı tərəfindən İsmayıl Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Sarayda 18 yaşlı oğlan qonşu kişini boğub öldürdü



Azərbaycanda dəhşətli hadisə - Evdən 3 meyit tapıldı
Bakıda 19 yaşlı oğlan atasını amansızlıqla öldürdü
Bakıda Gürcüstan vətəndaşı QƏTLƏ YETİRİLDİ
Bakıda iş yerində QORXUNC OLAY: Mişar başını kəsdi
Bakıda müəmmalı qətl - GECƏ SAATLARINDA...
Bakıda daş karxanasında ÖLÜM OLAYI
Abşeronda asfalt-beton zavodunda qorxunc hadisə - FƏHLƏ ÖLDÜ
Azərbaycanda ŞOK CİNAYƏT - Qadını evdə öldürüb qaçdılar
"Azərişıq" əməkdaşı elektrik dirəyindən yıxılıb öldü
21 yaşlı gənc QƏTL TÖRƏTDİ
Bakıda çayxanada dəhşətli cinayət - ANASINI ÖLDÜRDÜ
Tərtər sakini 2 yaşlı uşağı qətlə yetirdi - QORXUNC CİNAYƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 