Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ONN media -ya verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Nurlan Zülfüqarov Cəlilabad rayon sakini Y.Nuruşovun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılaraq həmin avtomobillə birlikdə polis şöbəsinə gətirilib. Cəlilabad RPŞ-də avtomobilə keçirilən baxış zamanı oradan N.Zülfüqarova məxsus qara rəngli polietilen torbada ümumi çəkisi 4 kiloqram 115 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Cəlilabad RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər əməliyyat tədbiri nəticəsində rayon sakini Qoşqar Qənbərli saxlanılıb. Onun yaşadığı evdən 1 kiloqram 365 qram narkotik vasitə heroin, əlavə olaraq qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Polis ƏMƏLİYYATLAR KEÇİRDİ: Həbs edilənlər var



Cəlilabad sakininin evindən 4,6 kq heroin aşkarlanıb
Masallı polisindən əməliyyat: saxlanılanlar var
Lənkəranda narkoşəbəkə ələ keçdi
Polis əməliyyat keçirdi - Evdən 2 kiloqramdan artıq "patı" çıxdı
Polis əməliyyat keçirdi - Avtomobildən külli miqdarda narkotik tapıldı
Polis əməliyyat keçirdi: tutulanlar var
Polis son 6 gündə BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 110 kiloqrama yaxın narkotik ələ keçirildi
Lənkəran polisi əməliyyat keçirdi: 12 nəfər saxlanıldı
Lənkəranda ŞOK ƏMƏLİYYAT - 10 nəfər həbs edildi
Lənkəranda narkoşəbəkə ələ keçdi - DİN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 