Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 13 şəxs saxlanılıb, 4 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Ağacanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla onun narkotik vasitəni əldə etdiyi şəxsin rayon sakini Faiq Əlizadə olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
F.Əlizadənin üzərindən və yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Bundan əlavə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son vaxtlar keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər - X.Rzayev, C.Qurbanov, E.Qəmbərli, R.Abıyev, M.Kazımov, F.Kazımzadə, N.Balayev, R.Tağıyev, E.Qəribov, R.Nuriyev və B.Muradov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.



Lənkəran polisi əməliyyat keçirdi: 12 nəfər saxlanıldı
Lənkəranda narkoşəbəkə ələ keçdi - DİN
Masallı polisindən əməliyyat: saxlanılanlar var
Polis əməliyyat keçirdi - Evdən 2 kiloqramdan artıq "patı" çıxdı
Lənkəranda əməliyyat: 32 nəfər saxlanıldı
Polis əməliyyat keçirdi - Avtomobildən külli miqdarda narkotik tapıldı
Polis ƏMƏLİYYATLAR KEÇİRDİ: Həbs edilənlər var
Lənkəranda ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı
Cəlilabad sakininin evindən 4,6 kq heroin aşkarlanıb
Saatlıda ƏMƏLİYYAT KEÇİRİLDİ: Həbs edilən var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 