Hərbi əsirlər məsələsi 9 noyabrda imzalanan bəyanatın bir hissəsidir və bu məsələ Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqlarında, həmçinin mənim Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə söhbətlərimizdə müzakirə olunub. ONN media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib. Onun sözlərinə görə, hərbi əsir məsələsi Azərbaycan və Ermənistan liderlərinin Moskva səfərində uzun müzakirənin bir hissəsi olub. Lavrov bildirib ki, itkin və əsirlər məsələsində tərəflərə siyahı hazırlanması tapşırılıb. Azərbaycan tamamlanmış siyahı təqdim edib və problemi həll olunub. Ermənistan tərəfindən isə siyahı dərhal təqdim edilməyib və natamam olub. Ağoğlan qəsəbəsi istiqamətində Azərbaycan Ordusu tərəfindən erməni hərbçilərin əsir götürülməsi məsələsi ortaya çıxandan sonra məsələ qəlizləşib. Azərbaycan tərəfi 62-dən çox hərbçinin atəşkəs elanından sonra əraziyə göndərildiyini açıqlayıb. Nazir qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov azərbaycanlı və erməni həmkarları ilə əlaqələr qurmağa davam edir. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 11 yanvar görüşündən sonrakı açıqlamasında hərbi əsir məsələsinin həll olunmamış qaldığını demişdi.
Lavrov Paşinyanın yalanını İFŞA ETDİ: Azərbaycan 62 erməni hərbçini...



Lavrov: “Moskva ilə Bakının mövqeləri üst-üstə düşür”
Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək
Lavrovdan ÇAĞIRIŞ: "Görüşə hazırıq..."
Lavrov Ayvazyanla qarabağı MÜZAKİRƏ ETDİ
Bayramov və Lavrov nəyi müzakirə etdi?
Ceyhun Bayramovla Sergey Lavrov cəbhədəki vəziyyəti MÜZAKİRƏ ETDİ
Lavrov Polad Bülbüloğlu ilə erməni səfiri yeməkdə bir araya gətirdi
Lavrov Mirzoyandan TƏLƏB ETDİ: mümkün qədər tez...
Lavrov Paşinyanla görüşdü - SON DƏQİQƏ
Lavrov: Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacaq
Bayramovla Lavrov arasında telefon danışığı olub
KTMT-nin dövlət başçıları toplaşacaq - BU TARİXDƏ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 