Almaniyada koronavirusun yeni mutasiyası aşkar edilib.
Bu barədə “Merkur” qəzeti məlumat yayıb.
Bildirilib ki, ölkənin Bavariya əyalətindəki bir klinikada koronavirusun yeni mutant növünə rast gəlinib.
Xəstəxananın meneceri Franz Niederbühl ötən həftə mütəxəssislərin xəstələrdə dəyişiklik müşahidə etdiyini, tibb müəssisəsi tərəfindən alınan xüsusi cihaz sayəsində mutant versiyanın aşkarlanmasının mümkün olduğunu açıqlayıb. Nəticələr həkimlərə qəribə gəlib, buna görə də “Şarite” xəstəxanasındakı həmkarları ilə əlaqə saxlayıblar. 3 xəstədən dondurulmuş nümunələr çərşənbə günü Berlinə çatdırılıb və 2 gün sonra “Şarite” həkimləri bunun SARS-CoV-2-nin yeni mutasiyası ola biləcəyinə dair şübhələri təsdiqləyib. Qeyd olunub ki, bu versiyaya daha əvvəl heç bir ölkədə rast gəlinməyib.
Həkimlər bu mutasiyanın xüsusiyyətləri barədə dəqiq məlumata sahib olmadığı üçün daha çox yoluxmanın ola biləcəyi barədə sualları cavablandırmırlar.
Virusun yeni mutasiyasının necə meydana gəldiyi də hələ bilinmir.
Mütəxəssislər pandemiyanın başlanğıcından bəri dünyada virusun quruluşunda 12 mindən çox dəyişiklik qeydə alındığını bildirir.



Koronavirusun təhlükəli mutasiyası ilə bağlı XƏBƏRDARLIQ
Mutant koronavirusun törətdiyi təhlükə NƏDİR?
Türkiyədə koronavirusun yeni mutasiyası sürətlə yayılır
“Britaniya ştammı” da mutasiyaya uğradı
Təhlükəli virus Rusiyaya çatdı
Koronavirus qanla keçə bilərmi?
Koronavirus qanla yoluxa bilər? — Rəsmi AÇIQLAMA
COVİD-19-un daha bir simptomu AŞKARLANDI
Hindistanda qorxunc görünüşlü keçi dünyaya gəlib
Koronavirusun nadir rast gəlinən FƏSADI AŞKARLANDI
COVİD-in yeni versiyası sürətlə yayılır
Tibb tarixində İLK - Xəstə QİÇS-dən SAĞALDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 