Tibb tarixində nadir rast gəlinən hadisə baş verib. ONN media xəbər verir ki, İngiltərədə HİV+ diaqnozu qoyulan bir xəstə müalicədən sonra QİÇS xəstəliyinə səbəb olan bu virusdan qurtulub. Bu, QİÇS xəstəliyinə qalib gəlmək yolunda tibb tarixində rast gəlinən ikinci hadisədir. Adı açıqlanmayan, “londonlu xəstə” adlandırılan həmin şəxs nadir genetik mutasiyası sayəsində HİV-ə qarşı immuniteti olan bir donordan ilik qəbul edib və müalicə olunaraq sağalıb. Xəstəliklə mübarizədə içdiyi dərmanlara 18 ay öncə son verən xəstədə HİV virusuna rast gəlinməyib. Həkimlər xəstədə virusa rast gəlməsə də, xəstənin tamamilə sağaldığını demək üçün tez olduğunu bildirib. Qeyd edək ki, ilk belə hadisə Almaniyada qeydə alınıb. 2003-cü ildə HİV+ virusu aşkarlanan bir xəstə 2012-ci ildə “Hodqkin lemafoma” adı verilən bir tip qan xərçənginə tutulub. 2016-cı ildə xəstənin xərçəngin müalicəsi üçün ilik nəqli edilib. Bunun sayəsində həm də QİÇS-dən tamamilə qurtulan şəxs “berlinli xəstə” adlanırdı. Xatırladaq ki, 1980-ci illərdən sonra sürətlə yayılan QİÇS xəstəliyi dünya miqyasında 35 milyon insan ölümünə səbəb olub.
Tibb tarixində İLK - Xəstə QİÇS-dən SAĞALDI



Ölümcül yorğunluq QİÇS-in əlaməti ola bilər
Xərçəng xəstəsi müalicədən imtina edib meşəyə çəkildi, lakin...
Naxçıvanda yeni tibb müəssisələri yaradıldı
DİQQƏT- Virus yayılıb, bunu ETMƏYİN
DİQQƏT- Bu virusdan ehtiyyatlı olun
Koronavirusun nadir rast gəlinən FƏSADI AŞKARLANDI
Nikaha girmək istəyən 12 nəfərdə QİÇS aşkarlanıb
Koronavirusun daha bir mutant növü aşkarlandı
Dəsmalla hepatit və SPİD keçə bilərmi? - AÇIQLAMA
Toya əngəl olan səbəb: iki mindən çox gənc məyus oldu
Alimlər koronavirusla YENİDƏN YOLUXMA səbəblərini açıqladı
Almaniya qəzeti Rusiyadakı QİÇS fəlakətindən yazdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 