Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev və TƏBİB rəhbəri Ramin Bayramlının inyeksiya zamanı şprisdə vaksin deyil, başqa dərman olması barədə iddialara münasibət bildirib.
ONN media xəbər verir ki, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, sosial şəbəkədə yayılan şəkli yaxınlaşdırdıqda qablaşdırmanın üzərində “only for clinical trial” yazılıb.
“Yəni, bu, kütləvi istifadə üçün deyil, sadəcə klinik araşdırmalar üçün nəzərdə tutulub. Əslində tibb işçiləri üçün istifadəsinin rahatlığı baxımından növbəti dəfələrdə birdəfəlik qablaşdırılmış şpris formasında gətirilməsi istehsalçılardan xahiş edilib. Lakin birinci mərhələdə istehsalçı şirkət zamanın az, tələbatın isə çox olduğunu nəzərə alaraq şpris qablaşdırılmasından imtina edib və birnəfərlik flakonlara üstünlük verib” - deyə sorğunun cavabında bildirilir.
TƏBİB-dən həmçinin bildirilib ki, dünən vaksin vurulan Ramin Bayramlı özünü yaxsi hiss edir: "Heç bir problem yoxdur".



Ramin Bayramlı vəzifədən azad edilib? - TƏBİB-dən AÇIQLAMA
Vaksinin əlavə təsirləri nələrdir? - Ramin Bayramlı AÇIQLADI
Ramin Bayramlının səlahiyyətləri ONA TAPŞIRILDI
Hamilə qadınlara peyvənd vurulması… – TƏBİB
Ramin Bayramlı daha bir vəzifəsindən ayrıldı
Ramin Bayramlı danışdı: Əsas məqsədimiz...
Satışa çıxarılan COVID-19 müalicə paketi barədə RƏSMİ AÇIQLAMA
Azərbaycanda neçə həkim koronavirusa yoluxub? - RƏSMİ
Azərbaycanda başqa xəstəlikdən ölənlərə koronavirus diaqnozu qoyulur? - AÇIQLAMA
Azərbaycanda koronavirusla mübarizədə MÜHÜM XƏBƏR
TƏBİB-dən yeni təyinat
Zakir Həsənov TƏBİB əməkdaşlarını təltif etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 