Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc" "Gədəbəy" müqavilə zonasının mərkəzi sahəsində "Zəfər" adlı yeni mis-qızıl yatağını kəşf edib. Bu yataq regional kəşfiyyat sahəsinin xəritələşdirməsi nəticəsində kəşf edilib. "Anglo Asian Mining"in baş icraçı direktoru Rza Vəziri bildirib ki, şirkət yeni kəşf üçün JORC təxminlərini hazırlamaq və faydalı qazıntıların kommersiya baxımından istismarının ən yaxşı yolunu müəyyənləşdirmək üçün lazımi işləri həyata keçirir: "Yeniliklər barədə səhmdarlara xəbər verməyi səbirsizliklə gözləyirəm". Şirkətin direktoru Stefan Vesthed isə qeyd edib ki, "Zəfər" yatağı porfir də daxil olmaqla müxtəlif dərinliklərdə üç anomaliyanı təyin edən ZTEM hava-geofizika proqramı nəticəsində ortaya çıxan yüksək prioritetli bir hədəfdir: "İlkin qazma işləri geoloji xəritələşdirmə, geofizika məlumatları və struktur geologiya ilə müəyyənləşdirilən ərazilərə yönəldilib və ümumi uzunluğu 7 675 metr olan 12 qazma çuxuru tamamlanıb. Ümumilikdə, 25 kilometrə yaxın 10 profil xətti də yerüstü induksiyalı qütbləşmə üsulu ilə tamamlanıb. Üç minerallaşma zonası təyin edilib. Quyunun ən əhəmiyyətli kəsişmə yeri 113 metr dərinlikdədir və misin konsentrasiyası orada 0,5%, qızılın isə bir tona 0,7 qram təşkil edir. Minerallaşmanın qalınlığı və tərzi porfir tipli minerallaşma ilə uyğundur". S. Vesthed əlavə edib ki, "Gədəbəy" geoloji qrupu gələcək iqtisadi qiymətləndirmə üçün yataqları inkişaf etdirmək məqsədilə oradakı minerallaşmanın davamlılığını qiymətləndirməyə davam edir.
Azərbaycanda yeni mis-qızıl yatağı KƏŞF EDİLDİ



Zəngilandakı qızıl yatağını Britaniya şirkəti istismar edəcək
Türkiyədə yeni təbii qaz yatağı KƏŞF EDİLDİ
Türkiyə Qara dənizdə enerji yatağı kəşf etdi
Yeni planet kəşf edildi
Kəlbəcərdə axtarış-kəşfiyyat işlərinə başlanıldı
Şəkər xəstələrinə müjdə — YENİ DƏRMAN KƏŞF EDİLDİ
Nəhəng neft yatağı kəşf edildi
Türkiyədə 6 milyard dollarlıq qızıl yatağı tapıldı
Üç yeni planet kəşf edildi: Birində həyat ola bilər
Yeni insan orqanı kəşf edildi
Diş çıxaran gen kəşf edildi
Azərbaycanda böyük kvars yatağı aşkarlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 