Azərbaycan hökuməti ölkədə qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining Plc” (AAM) şirkətinin işçilərinə işğaldan azad olunan Zəngilan rayonuna giriş icazəsi verib.
Bu barədə şirkətin yaydığı hesabatda bildirilib.
Bildirilir ki, şirkətin baş icraçı direktoru və prezidenti Reza Vəziri də daxil olmaqla şirkətin yüksək menecment üzvləri dekabrın əvvəlində "Vejnəli" müqavilə sahəsini, o cümlədən ərazidəki mövcud mədənləri qiymətləndirmək üçün Zəngilana səfər edəcəklər.
"Qiymətləndirmə zamanı mövcud ehtiyatlar tədqiq ediləcək və analiz üçün geoloji nümunələr toplanacaq. Bundan başqa, yeraltı mədənin hazırda əlçatan olan girişləri tədqiq ediləcək və onların yerləşdiyi yerlərin GPS xəritəsi aparılacaq.
Bundan başqa, həyata keçiriləcək işlərə işçilərin müqavilə ərazisində yerləşməsini təmin etmək üçün tələb olunan təmir və digər işlərin səviyyəsini müəyyən etmək üçün mövcud düşərgə obyektləri yoxlanılacaq və şərtlər icazə verərsə, yeraltı mədənin yoxlanılması da planlaşdırılır.
Bu qiymətləndirmə aktivin inkişafının ilk mərhələsidir. Şirkət yaxın gələcəkdə "Vejnali" yatağından filizin kəşfiyyatı və emalına başlamağı ümid edir və qiymətləndirmə başa çatdıqdan sonra səhmdarlara bu barədə məlumat veriləcək", - məlumatda deyilir.
Xatırladaq ki, Azərbaycan hökuməti Ermənistanla münaqişənin başa çatmasından sonra Zəngilan rayonunun sürətli iqtisadi və infrastrukturunun inkişafı ilə məşğuldur. 2022-ci ildə başa çatdırılması nəzərdə tutulan beynəlxalq hava limanının tikintisi davam etdirilir və bu yaxınlarda rayonda elektrik yarımstansiyası istifadəyə verilib.
Qeyd edək ki, "Vejnəli" müqavilə sahəsi Cənubi Qərbi Azərbaycanın Zəngilan rayonunda yerləşən təxminən 300 kvadrat kilometr ərazini əhatə edir. Burada erməni işğalı zamanı əvvəllər mədən işlərinə məruz qalmış "Vejnəli" yatağı var.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.



Azərbaycanda yeni mis-qızıl yatağı KƏŞF EDİLDİ
Azad olunmuş ərazilərdə sərvətlər yenidən qiymətləndiriləcək
BP 10 min əməkdaşını işdən çıxardır - NİYƏ?
İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycanda yeni su elektrik stansiyası tikiləcək
Vejnəli yatağını qanunsuz istismar edən şirkətlər məhkəməyə verilir
Mərkəzi Gömrük Hospitalında "Philips"in regional direktoru ilə görüş keçirildi
Naxçıvanda pivə istehsalı artırılacaq
Prezident “Signify” şirkətinin nümayəndələrini qəbul etdi
İTV-nin əməkdaşları koronavirusa yoluxdu
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
Ərdoğan bu gün Azərbaycana səfərə gəlir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 