Ötən il Azərbaycanda bir sıra xəstəliklərin sayında azalma müşahidə olunub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca ilə (99,3 faiz), bruselyoz ilə (66,2 faiz), su çiçəyi ilə (60,2 faiz), skarlatina ilə (56,1 faiz), viruslu hepatit ilə (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu ilə (43,5 faiz), qonokokk infeksiyası ilə (41,1 faiz), ağciyər vərəmi ilə (33,5 faiz), sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalıb. Həmçinin ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib. Bildirilib ki, yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib. Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.
Azərbaycanda bu xəstəliklər tam ləğv edilib



Ölkədə bu xəstəliklər azaldı
Azərbaycanda bu xəstəliyə yoluxanların sayı artıb
Azərbaycanda qızılcaya yoluxanların rəsmi SAYI AÇIQLANDI
Quql Azərbaycanda populyarlığını qoruyur
Azərbaycanda ən populyar axtarış sisteminin adı açıqlandı
Virusa yoluxma ən çox bu ərazidədir
Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlandı
Azərbaycanın Türkiyəyə ixracı azaldı
Ötən ay Azərbaycandan bu ölkəyə 60 mindən çox turist səfər edib
Azərbaycanda benzin istehsalı azaldı
İçki və siqaret istehsalı nə qədər artıb?
Azərbaycandan Türkiyəyə gedənlərin SAYI AÇIQLANDI
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 