Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.
ONN media Trend-ə istinadən xəbər verir ki, ölkədə pedikulyoz, viruslu hepatit B və C, skarlatina, bruselyoz, su çiçəyi, sifilis, ağciyər vərəmi ilə xəstələnənlərin sayında artım müşahidə olunur.
Ötən ilin yanvar-noyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ölkədə hepatit A virusu və qonokokk infeksiyası ilə xəstələnmə halları müvafiq olaraq 13,6 faiz və 3,8 faiz azalıb.
Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı hepatit A virusu üzrə 14,4 faiz, qonokokk infeksiyası üzrə isə 4,7 faiz azalıb.
Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.
İlkin məlumatlara əsasən, 2018-ci ilin əvvəlinə ölkədə 32,3 min həkim və 54,6 min orta tibb işçisinin çalışdığı 571 xəstəxana və 1760 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim və 56 orta tibb işçisi düşür.



Ölkədə bu xəstəliklər azaldı
Azərbaycanda bu xəstəliklər tam ləğv edilib
Azərbaycanda qızılcaya yoluxanların rəsmi SAYI AÇIQLANDI
Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlandı
Övladı bağçaya gedən valideynlərə şad xəbər
Azərbaycanda 7 ayda nə qədər insan vəfat edib?
Azərbaycandan Türkiyəyə gedənlərin SAYI AÇIQLANDI
Bu il evlənənlərin sayı açıqlandı
Ölkədə ölüm səviyyəsi azalıb
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
Ölkədə minik avtomobillərinin istehsalı AZALDI
Ötən ay Azərbaycandan bu ölkəyə 60 mindən çox turist səfər edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 