Azərbaycandan Rusiyaya ixrac olunan pomidorlarda xəstəlik aşkarlanıb. ONN media xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb. Bildirilib ki, pomidor güvəsi (Tuta absoluta) ilə bağlı 6 yeni hal aşkarlanıb. Xəstəliyə 5 Azərbaycan istehsalçısı - "Aqro-favorit" MMC, "Bina Agro" QSC, "Agroterm" LLC, "Xızı Agropark" LLC və "Vilayət Rüstəm Məmmədov" şirkətlərinin məhsullarında rast gəlinib. "Tuta absoluta"nın aşkarlanmasının bütün faktları üzrə müvafiq sənədlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə göndərilib. Bundan əlavə, Rosselxoznadzor bu cür tədarükün hər bir halında dərhal istintaqın təşkil edilməsi və bu pozuntuların qarşısının alınması üçün tədbirlər görülməsi və bu istehsalçılara fitosanitar sertifikatlarının verilməsinin dayandırılması barədə Azərbaycanın səlahiyyətli idarəsinə müraciət yollayıb. Nazirlik yaxın vaxtlarda Azərbaycan tərəfi ilə danışıqların aparılacağını bildirir. Qeyd edək ki, daha əvvəl Rosselxoznadzor dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etmişdi. Qadağanın tətbiqi Azərbaycan məhsullarında zərərvericilərin davamlı aşkarlanması ilə əlaqəli idi: Cənubi Amerika pomidor güvəsi və şərq güvəsi. Daha sonra 33 Azərbaycan müəssisəsindən tədarüklərə qismən icazə verildi.
Rusiyadan Azərbaycana XƏBƏRDARLIQ



Rusiyaya 131 müəssisə pomidor ixrac edəcək
Daha 11 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi
Daha 12 müəssisə Rusiyaya pomidor ixrac edə biləcək
Rusiyadan Azərbaycanın 89 müəssisəsinə "yaşıl işıq"
Rusiyadan Azərbaycana ŞOK - Hamısını geri qaytardılar
Rusiya Azərbaycan müəssisəsindən pomidor idxalına İCAZƏ VERDİ
Daha 30 sahibkarın Rusiyaya pomidor ixracına icazə verildi
Daha 5 müəssisədən Rusiyaya alma ixracına icazə verildi
Rusiya Azərbaycanın 126 pomidor istehsalı müəssisəsinə icazə verdi
Rusiya 13 Azərbaycan şirkətinə razılıq verdi
Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytardı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 