Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir. AQTA-dan verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər nəticəsində ardıcıl olaraq müsbət nəticələr əldə olunmaqdadır. Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublikamızın bütün bölgələri üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 9 aprel 2021-ci il tarixindən 7 pomidor istehsalı müəssisəsindən də pomidor ixracına icazə verilib. Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 89 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 243688 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 135.4 %-ni təşkil edir.
Rusiyadan Azərbaycanın 89 müəssisəsinə "yaşıl işıq"



Rusiya Azərbaycanın 126 pomidor istehsalı müəssisəsinə icazə verdi
Daha 12 müəssisə Rusiyaya pomidor ixrac edə biləcək
Azərbaycan və Rusiya arasında VACİB RAZILAŞMA
Daha 11 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi
Daha 16 müəssisədən alma ixracına icazə verildi
Rusiya 13 Azərbaycan şirkətinə razılıq verdi
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
Rusiyaya 131 müəssisə pomidor ixrac edəcək
Azərbaycandan rus şirkətinin məhsullarına QADAĞA
Azərbaycan pomidor ixracı potensialını yüksəltdi
Daha 5 müəssisədən Rusiyaya alma ixracına icazə verildi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 